Qurban Qurbanov: "Bu gün heç birimizə xoş olan bir gün deyil"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Bu gün heç birimizə xoş olan bir gün deyil"

Biz ancaq dualarımızla dünyasını dəyişən insanlara kömək edə bilərik.

Xocalı faciəsinin ildönümü ilə bağlı “Qarabağ"ın üzvləri bu gün Şəhidlər Xiyabanına yürüş edərək, şəhidlərimizi yad edib.

Publika.az xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov faciə haqda fikirlərini bildirib:

"Əlbəttə ki, bu gün heç birimizə xoş olan bir gün deyil. Bu qədər həmyerlimiz, analarımız, bacılarımız, belə deyək, bizim xoşbəxt olmağımız üçün öz canlarından keçiblər. Bu gün bizim üçün həqiqətən də ağırdı. Biz ancaq dualarımızla dünyasını dəyişən insanlara kömək edə bilərik. Bu gün komandamızla, azarkeşlərimizlə birlikdə öz şəhidlərimizi yad etməyə gəlmişik. Allah rəhmət eləsin, dünyasını dəyişənlərin yaxınlarına səbr versin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm