Messi "Barsa"ya 3 xal qazandırdı - - VİDEO
Bizi izləyin

İdman

Messi "Barsa"ya 3 xal qazandırdı - - VİDEO

"Barselona" 17 matçdır uduzmur.

La Liqanın bu gün keçirilən 24-cü turunda "Barselona" Madriddə "Atletiko"ya 2:1 hesabı ilə qalib gəlib. Qonaqların qələbə qolunu Lionel Messi vurub.

Luis Enrikenin komandası paytaxt təmsilçisinin 8 oyunluq məğlubiyyətsiz seriyasını qırıb. "Barselona" özü isə 17 matçdır uduzmur.

Bu qələbədən sonra "Barselona" 24 oyundan 54 xalla liderliyə yüksəldib. Ancaq 2-ci pillədə olan, 2 xal geridə qalan əzəli rəqibi "Real Madrid" 2 oyun az keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm