"Qarabağ" tilsimi qıra biləcəkmi?
Bizi izləyin

İdman

"Qarabağ" tilsimi qıra biləcəkmi?

“Qarabağ”ın cari çempionatda məğlub edə bilmədiyi bir komanda var.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında keçiriləcək iki oyunla 20-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, "Kəpəz” Gəncədə “Qəbələ”ni, “Qarabağ” isə Suraxanıda “İnter”i qonaq edəcək.

“Qarabağ”la eyni – 42 xala malik olmasına rəğmən, şəxsi görüşdə Ağdam klubunu üstələdiyi üçün zirvədə qərarlaşan “Qəbələ”ni çətin Gəncə səfəri gözləyir. Düzdür, “qırmızı-qaralar” cari çempionatda “Kəpəz”i ilk iki dövrənin oyunlarında məğlub edə bilib. "Kəpəz” - “Qəbələ” duellərində üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. Gəncəlilər 14 matçdan 4-də, rəqib isə 6-da qalib gəlib. Ancaq “Kəpəz”in 7 ev oyunundan yalnız 1-də “Qəbələ”yə uduzduğunu da qeyd edək.

Liderlə eyni xala malik olan “Qarabağ”ın cari çempionatda məğlub edə bilmədiyi bir komanda var – “İnter”. 33 xalla 3-cü pillədə qərarlaşan paytaxt təmsilçisi Ağdam klubundan 9 xal geri qalsa da, rəqibinə yenilməyib. “Qarabağ”la “İnter” bu gün 50-ci – yubiley oyununda üz-üzə gələcək. Əvvəlki 49 qarşılaşmanın 21-də Ağdam klubu, 11-də isə paytaxt təmsilçisi qalib gəlib. Ardıcıl 15 səfərdə qələbə üzü görməyən “İnter” 5 oyundur rəqib meydanında qol vura bilmir.

Azərbaycan Premyer Liqası. 20-ci tur

28 fevral

15:00 “Kəpəz” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

İlk iki dövrə - 0:2, 1:2

18:00 “Qarabağ” – “İnter”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

“Azersun Arena”

İlk iki dövrə - 1:2, 0:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm