"Dəmir Mayk"ın avtomobili satışa çıxarıldı - - FOTOLAR
Bizi izləyin

İdman

"Dəmir Mayk"ın avtomobili satışa çıxarıldı - - FOTOLAR

Mayk bu avtomobildən az istifadə edib.

Boksun canlı əfsanələrindən sayılan Mayk Taysona aid "Ferrari F50" avtomobili satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, hərrac Amerikanın Florida ştatında yerləşən Amiliya adasında martın 11-də baş tutacaq.

Məlumata əsasən, Mayk bu avtomobildən az istifadə edib. Belə ki, 8 min kilometr gedişi olan 1995-ci il buraxılışlı avtomobil əla vəziyyətdədir. Maşının 2,2-2,4 milyon dollar məbləğində satılacağı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm