Azərbaycanlı oliqarx türkiyəli məşqçi ilə niyə görüşdü?
Bizi izləyin

İdman

Azərbaycanlı oliqarx türkiyəli məşqçi ilə niyə görüşdü?

Azərbaycanlı oliqarx türkiyəli məşqçi ilə niyə görüşdü?

İstefası gündəmdə olan "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Türkiyədən Azərbaycana gəlib. 

 

İddialara görə, müalicə məqsədi ilə ölkəsinə yollanan türkiyəli mütəxəssis bu müddət ərzində klubun fəxri prezidenti Mübariz Mənsimovla da görüşüb. Dənizlinin yaxın günlərdə mətbuat konfransı keçirməsi nəzərdə tutulub.

Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi Publika.az-aaçıqlamasında Dənizlinin Mübariz Mənsimovla görüşdüyünü təsdiqləyib:

"Klubumuzun baş məşqçisi İstanbul - Bakı reysi ilə saat 20:00da paytaxtda olacaq. Bəli, Türkiyədə olduğu müddətdə Mustafa Dənizli Mübariz Mənsimovla görüşüb.

Görüşün detalları bizə məlum deyil. Dənizli bu barədə gəlib özü məlumat verəcək. O ki qaldı mətbuat konfransına. bu barədə bizə heç bir şey deyilməyib".

Qeyd edək ki, Dənizlinin gedişindən sonra kluba ruminiyalı Mirça Rednikin başçılıq edəcəyi barədə xəbərlər də yayılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm