Azərbaycan-İran kikboksçuları üz-üzə
Bizi izləyin

İdman

Azərbaycan-İran kikboksçuları üz-üzə

Öz güclərini sınayacaqlar.

Martın 3-ü saat 18:00-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında VIII “Heydər Əliyev Kuboku” uğrunda turnirdə Azərbaycan və İran kikboksçuları öz güclərini sınayacaqlar.

Publika.az-a bu barədə danışan AKF prezidenti, millət vəkili Adil Əliyev Heydər Əliyev kubokunu hər il keçirtdiklərini bildirdi. O sözlərinə belə davam etdi: “İki ölkənin ən güclü idmançıları öz güclərini sınayacaqlar. Ölkələr arasında əlaqələrin inkişafında idmanın xüsusi rolu var. Həmçinin, turnir Azərbaycan-İran dostluğunu daha da gücləndirəcək. İdmansevərləri və vətənpərvər insanları idmançılarımıza dəstək olmağa dəvət edirəm”.

Qeyd edək ki, Turnir Turnir Qafqaz Baku Sport Hoteldə baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm