Tanınmış iş adamı futbolçularımızı mükafatlandıracaq?
Bizi izləyin

İdman

Tanınmış iş adamı futbolçularımızı mükafatlandıracaq?

“Qarabağ”ın "İnter" üzərində inamlı qələbə (4:1) qazanaraq 21 ildən sonra çempion olması barədə məlumat vermişdik. (http://publika.az/p/18952)

“Qarabağ”ın "İnter" üzərində inamlı qələbə (4:1) qazanaraq 21 ildən sonra çempion olması barədə məlumat vermişdik. (http://publika.az/p/18952)

21ildən sonra çempionluq yaşayan komandanın baş məşqçisi Qurban Qurbanov oyundan sonra göz yaşlarına hakim ola bilməmişdi. (http://publika.az/p/18835)

Maraqlıdır 21 ildən sonra gələn zəfər üçün futbolçuları xüsusi mükafat gözləyirmi?

“Qarabağ”ın rəhbəri, iş adamı Abdulbari Gözəl oyunçuların bu uğurunu necə dəyərləndirməyi düşünür? – bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova müraciət etdik.

“Hazırkı vəziyyətdə - dünəndən bu günə kimsənin yadına mükafat düşmür. Amma təbii ki, rəhbərlik tərəfindən futbolçularımız mükafatlandırılacaq. Amcaq yenə deyirəm nə dünən nə bu gün mükafatla bağlı söhbət olmayıb. Hələ qarşıda iki oyun var. Yəqin ki. O günə kimi məsələ öz həllini tapacaq.

Vurğulayım ki, bu günə qədər bizim futbolçular bu günə kimi məvaciblərini də, mükafatlarını da vaxtlı vaxtında alıblar. Futbolçular da məsələ ilə bağlı narahat deyillər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm