APL, 21-ci tur: “Qəbələ” tilsimi qırdı və liderliyini qorudu - - FOTO/VİDEO
Bizi izləyin

İdman

APL, 21-ci tur: “Qəbələ” tilsimi qırdı və liderliyini qorudu - - FOTO/VİDEO

Komanda 13-cü qələbəsini qazanaraq xallarını 46-ya çatdırıb.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün ikinci matçında “İnter” “Qəbələ”ni qəbul edib.

Bu kollektivlərin ilk iki dövrədəki oyunlarında heç-heçə qeydə alındığı halda, “Qəbələ” üçüncü dövrənin son turunda tilsimi qırıb. Əyalət təmsilçisi cari çempionatda məğlub edə bilmədiyi yeganə komanda olan “İnter”i 2 cavabsız qolla yenib. Qonaqların heyətində Tellur Mütəllimovla Daniel Subotiç fərqlənib.

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 13-cü qələbəsini qazanaraq xallarını 46-ya çatdırıb və liderliyini qoruyub.

Qeyd edək ki, 21-ci turun açılış matçında “Qarabağ” “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.

“İnter” – “Qəbələ” 0:2

Qollar: Tellur Mütəllimov, 71, Daniel Subotiç, 81

Oxumağa davam et
Reklam
Reklam

Gündəm