İbrahimoviçə AĞIR CƏZA
Bizi izləyin

İdman

İbrahimoviçə AĞIR CƏZA

O, 3 oyunda “Qırmızı şeytanlar”a kömək edə bilməyəcək.

Zlatan İbrahimoviç cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb isveçli futbolçunun “Bornmut”la matçda rəqib oyunçunu dirsəyi ilə vurmasıdır.

Belə ki, Tayron Minqsi vuran İbranın bu hərəkəti matçın hakiminin diqqətindən yayınsa da, Nizam İntizam Komitəsi hadisəyə biganə qalmayıb. O, 3 oyunda “Qırmızı şeytanlar”a kömək edə bilməyəcək.

36 yaşlı hücumçu Premyer Liqada “Midlsbro” və “Vest Bromviç”, Federasiya Kubokunda isə “Çelsi” ilə matçları buraxacaq.

Qeyd edək ki, T.Minqs dirsəklə vurulmasından əvvəl İbrahimoviç yıxılarkan onun başına zərbə endirib. Minqsə də bu hərəkətinə görə daha ağır cəza veriləcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm