İdman
Millimiz bu gün Qətərlə qarşılaşacaq
Bu gün milli komandamız 2017-ci ildə ilk oyununu keçirəcək.
Publika.az xəbər verir ki, yığmamız Qətər millisi ilə qarşılaşacaq. Millimiz üçün Asiya təmsilçisi ilə yoldaşlıq oyunu Almaniya ilə qarşılaşma öncəsi son sınaq hesab olunur. Lakin Prosineçki almaniyalılar önünə çıxaracağı heyəti iş başında görmək imkanından məhrumdu. Çünki Dohada Azərbaycan millisindən daha çox, Premyer Liqa yığmasını görə biləcəyik. Yəni xorvatiyalı mütəxəssis ölkə xaricində çıxış edən oyunçularımızın xidmətindən yararlana bilməyəcək.
Çünki martın 9-dakı qarşılaşma FİFA-nın oyunlar üçün rəsmi pəncərəsinə daxil deyil. Buna baxmayaraq, qarşılaşma qurumun rəsmi matçlar reyestrinə salınıb. Bu da o anlama gəlir ki, matç reytinqdə də nəzərə alınacaq.
İkinci dəfə qarşılaşacağımız Qətərlə ilk duelimiz 2013-cü il mayın 29-da baş tutub. Maraqlıdı ki, onda da görüş eyni məkanda keçirilib. Yenidən Dohanın “Əl Sadd” stadionunda üz-üzə gələcək rəqiblərin həmin matçı 1:1 hesabı ilə başa çatmışdı.
Qeyd edək ki, Qətər – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. (apasport)
Yoldaşlıq oyunu
9 mart
20:00. Qətər – Azərbaycan
Doha. “Əl-Sadd” stadionu
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...