Elmar Qasımov gümüş, Elxan Mәmmәdov bürünc qazandı - YENİLƏNİB
Bizi izləyin

İdman

Elmar Qasımov gümüş, Elxan Mәmmәdov bürünc qazandı - YENİLƏNİB

Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin son yarış günündə Azərbaycanın 2 cüdoçusu finala yüksəlib.

Bakıda davam edәn "Böyük dәbilqә" turnirindә idmançılarımız daha iki medal qazanıb.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, 100 kq-da Elmar Qasımov finalda hollandiyalı Mixael Korrellә uduzaraq gümüş medal qazanıb.

Elxan Mәmmәdov isә komanda komanda yoldaşı Zәlim Kotsoyevә qalib gәlәrәk bürünc әldә edib.

18:15

Bakıda keçirilәn cüdo üzrә "Böyük Dәbilqә" turniri davam edir.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, idmançılarımızdan yalnız Mәmmәdәli Mehdiyev gümüş qazanıb. O, finalda qazaxıstanlı İslam Bozbayevә uduzub

15:44

Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin son yarış günündə Azərbaycanın 2 cüdoçusu finala yüksəlib.

Publika.az report.az-a istinadən bildirir ki, bunlar Məhəmmədəli Mehdiyev və Elmar Qasımovdur.

90 kq çəki dərəcəsində yer alan Mehdiyev həlledici qarşılaşmada İslam Bozbayevlə (Qazaxıstan), 100 kq çəkidəki Qasımov isə Mixael Korrellə (Hollandiya) üz-üzə gələcək. Bundan başqa elə 100 kq. çəkidə bürünc medal uğrunda Azərbaycanın iki təmsilçisi - Zəlim Kotsoyev və Elxan Məmmədov görüşəcək. Bu isə təşkilatçı ölkənin aktivinə istənilən halda bürünc medalın yazılacağı deməkdir. Məmmədov yarımfinalda Qasımova, 3 xəbərdarlıq alaraq, uduzub.

Bundan başqa 90 kq. çəkidə Abdulhaqq Rəsullu Quedjau Nhabali (Ukrayna) ilə, 100 kq-dan yuxarı çəkidə isə Uşangi Kokauri Onise Buğadze (Gürcüstan) ilə bürünc medal görüşünə çıxacaq.

Qarşılaşmalar saat 17:00-da başlanacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk iki yarış günündə Azərbaycan cüdoçularından Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm