Milli qəhrəman Çingiz Qurbanovun xatirəsi əbədiləşdirilib - - FOTOLAR
Bizi izləyin

İdman

Milli qəhrəman Çingiz Qurbanovun xatirəsi əbədiləşdirilib - - FOTOLAR

Çingiz Qurbanovun xatirəsi Böyük Qafqazın ən yüksək dağ zirvələrindən biri olan Şahdağda əbədiləşdirilib.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsi Böyük Qafqazın ən yüksək dağ zirvələrindən biri olan Şahdağda əbədiləşdirilib.

Publika.az xəbər verir ki, dəniz səviyyəsindən 4242 metr yüksəklikdə yerləşən zirvəyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb. Beş nəfərlik alpinist qrupunun Şahdağa yürüşü martın 8-dən başlayıb və üç gün davam edib. Martın 10-da zirvəyə çatan alpinistlər Milli Qəhrəman Çingiz Qurbanovun adı yazılan xatirə lövhəsini Şahdağ yüksəkliyinə bərkidiblər.

“Everest” idman klubunun direktoru Rusif Bağırov yürüşün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsini yaşatmaq, eyni zamanda, gənclərin dağçılıq ekstremal idman növlərinə marağını artırmaq məqsədilə həyata keçirildiyini bildirib.

Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm