APL: 4-cü dövrə başlayır
Bizi izləyin

İdman

APL: 4-cü dövrə başlayır

Sonuncu dövrəyə Gəncədə start veriləcək.

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü dövrəyə start veriləcək.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin Qətərlə oyunu ilə əlaqədar vaxti dəyişdirilən XXII turun görüşləri iki gün davam edəcək.

Sonuncu dövrəyə Gəncədə start veriləcək. Bu il qələbə qazana bilməyən “Kəpəz” evdə uduzmadığı “Zirə”ni sınağa çəkəcək. Mövsümün ikinci yarısının ən yaxşılarından olan Ayxan Abbasovun yetirmələri 4-cü sıradakı mövqeyini möhkəmlətmək əzmindədir. Şahin Diniyevin komandası isə “Neftçi”ni keçmək üçün mütləq qələbə qazanmalıdır.

İlk “üçlük”də qalmaq iddiasında olan “İnter” “Sumqayıt”ı qəbul edəcək. Ardıcıl uğursuzluqlarla avrokubok şansını çətinə salan Samir Abasovun yetirmələri iddialı rəqibini büdrətməyə ümidlidir. Zaur Svanadzenin komandası isə “Qəbələ” məğlubiyyətini unutdurmaq üçün meydana çıxacaq.

Azərbaycan Premyer Liqası. 22-ci tur

13 mart

15:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

İlk 3 dövrədəki oyunlar: 2:0, 0:2, 0:1


18:00. “İnter” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
“İnter Arena”

İlk 3 dövrədəki oyunlar: 2:1, 3:1, 2:2

Turnir cədvəli

1

Qəbələ

21

13

7

1

41-11

46

2

Qarabağ

21

14

3

4

36-11

45

3

İnter

21

9

9

3

31-21

36

4

Zirə

21

8

5

8

20-22

29

5

Sumqayıt

21

6

7

8

20-28

25

6

Neftçi

21

6

2

13

16-35

20

7

Kəpəz

21

3

9

9

14-24

18

8

AZAL

21

1

6

14

9-35

9

Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm