ÇL, 1/8 final: İngiltərə çempionu üçün çətin sınaq
Bizi izləyin

İdman

ÇL, 1/8 final: İngiltərə çempionu üçün çətin sınaq

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçiriləcək.

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab matçı keçiriləcək.

Publika.az xəbər verir ki, İtaliya və İngiltərədə baş tutan oyunlardan sonra 1/4 finala yüksələn komandaların sayı 6-ya çatacaq.

Əslində “Yuventus” klubu tapşırığın öhdəsindən böyük ölçüdə gəlib. Portuqaliyada “Portu”nu üstələyən İtaliya təmsilçisinin Turində bu üstünlüyü əldən verəcəyi real görünmür.

Əvəzində futbolsevərləri İngiltərədə gərgin və maraqlı matç gözləyir. Premyer Liqanın son qalibi olan “Tülkülər” avrokubokda da sürprizə imza atmaq niyyətindədirlər. Lakin artıq bunu komandaya titul qazandıran Klaudio Ranyerisiz etməlidirlər. İtaliyalı mütəxəssis məhz Avropa Liqasının son qalibi olan İspaniya təmsilçisinə 1:2 hesablı məğlubiyyətdən sonra baş məşqçi postundan istefaya göndərilib. Onu əvəzləyən köməkçisi Kreyq Şekspirin işləri isə hələlik yaxşı gedir. Son çempion evdə "Liverpul" və "Hall Siti"ni 3:1 hesabı ilə məğlub edib. İndi isə növbədə daha çətin sınaq var.

Qeyd edək ki, 4 komanda – 2 Almaniya və 2 İspaniya təmsilçisi 1/4 finala vəsiqəni təmin edib. Bunlar yarışın son qalibi “Real”, "Barselona", “Bavariya” və Dortmund "Borussiya"sıdır.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

14 mart

23:45 “Yuventus” (İtaliya) - “Portu” (Portuqaliya)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

İlk oyun – 2:0

23:45 “Lester” (İngiltərə) – “Sevilya” (İspaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

İlk oyun – 1:2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm