Şumaxerə danışmağı və yemək yeməyi yenidən öyrədəcəklər
Bizi izləyin

İdman

Şumaxerə danışmağı və yemək yeməyi yenidən öyrədəcəklər

Şumaxerə danışmağı və yemək yeməyi yenidən öyrədəcəklər

Alp dağlarında keçirdiyi ağır qəzadan sonra komaya düşən "Formula-1" əfsanəsi Mixael Şumaxer haqqında səslənən fikirlər hamını şoka salıb. Publika.Az xəbər verir ki, Kembric Universitetinin professoru Peter Hatçinson Şumaxerin əvvəlki kimi olmayacağını deyib:

“Şumaxer komadan ayılanda gəzməyi, danışmağı və yemək yeməyi yenidən öyrənmək məcburiyyətində qalacaq. Artıq əvvəlki Şumaxer olmayacaq. Onun üçün asan olmayacaq, bu şərtlərlə mübarizə aparmaq məcburiyyətində qalacaq” deyib.

Qeyd edək ki, ötən ilin dekabrında qəzaya düşən Şumaxer 132 gündür komadadır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm