La Liqa, 28-ci tur: "Barsa" çətin "Valensiya" səddini uğurla keçdi - BÜTÜN NƏTİCƏLƏR
Bizi izləyin

İdman

La Liqa, 28-ci tur: "Barsa" çətin "Valensiya" səddini uğurla keçdi - BÜTÜN NƏTİCƏLƏR

İspaniya La Liqasında 28-ci tura yekun vurulub.

İspaniya La Liqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, tur “Las Palmas” - “Vilyarreal” oyunuyla başlayıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə nəticələnib.

Lider “Real” bu turda Bilbaoya səfər edib. “Kral klubu” səfərdə “Atletik”i 2:1 hesabıyla məğlub edib.

Turun maraqlı oyunlarından biri də bazar günü liderlər qrupunda qərarlaşmış “Atletiko” və “Sevilya” arasında baş tutacaq.

Lider “Real”ın ən yaxın izləyicisi “Barselona” evdə “Valensiya”nı sınağa çəkib. Katalonlar doğma azarkeşləri önündəki oyundan 4:2 hesablı qələbəylə ayrılıb.

İspaniya La Liqası, 28-ci tur

17 mart

Las Palmas - Vilyarreal 1:0

Qol: Boatenq, 10.

Qırmızı vərəqə: Viktor Ruis, 20 (Vilyarreal).

18 mart

Eybar - Espanyol 1:1

Qol: Kike, 20 - Xose Xurado, 50.

Atletik - Real 1:2

Qol: Aduris, 65 - Benzema, 25. Kasemiro, 68.

Alaves - Real Sosyedad 1:0

Qol: Deyverson, 43.

Qırmızı vərəqə: Esteban Qranero, 67 (Real Sosyedad).

Betis - Osasuna 2:0

Qol: Rafa Navarro, 5. Ruben Kastro, 28.

19 mart

Leqanes - Malaqa 0:0

Atletiko - Sevilya 3:1

Qol: Dieqo Qodin, 37. Qrizmann, 61. Koke, 78 - Xoakin Korrea, 85.

Deportivo - Selta 0:1

Qol: Aspas, 74.

Sportinq - Qranada 3:1

Qol: Traore, 61. Babin, 64. Karmona, 67 - İnqason, 51.

Barselona - Valensiya 4:2

Qol: Suares, 35. Messi, 45-pen; 52. Andre Qomes, 89 - Manqala, 29. Munir, 45+1.

Qırmızı vərəqə: Manqala, 44 (Valensiya).

Bombardirlər: Lionel Messi (Barselona) - 25, Luis Suares (Barselona) - 22, Kriştiano Ronaldo (Real) - 19.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm