• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"Tour d`Azerbaidjan-2014": veloyürüş başa çatdı

  • İdman
  • 11 May 2014 18:31
  • 821 Baxış
"Tour d`Azerbaidjan-2014": veloyürüş başa çatdı

Bu gün 2.1 kateqoriyalı "Tour d`Azerbaidjan-2014" beynəlxalq velosiped turuna yekun vurulub. Yürüşün son - V mərhələsi Bakıda keçirilib.

Velosipedçilər 202 km uzunluğu olan mərhələyə saat 09.00-da Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Abşerona, oradan Nardarana yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.

Mərhələnin qalibi adına Fransanın “La Pomme Marsille 13” komandasının üzvü Yustin Yules layiq görülüb. Finiş xəttini onun ardınca veloyürüşün liderlərindən olan Yusif Reqiqi (MTN-Kubeka, CAR) keçib. İlk “üçlüyü” isə Adrian Holbiş (“CCC Polsat Polkoviçe”, Polşa) qapayıb.

“Tour d`Azerbaidjan-2014” beynəlxalq velosiped turunun yekuna əsasən müxtəlif nominasiyalarda ən yaxşılar müəyyənləşib. 5 fərqli forma elə 5 ölkənin idmançılarına qismət olub. Belə ki, yarışın ümumi qalib adına “RusVelo”nun velosipedçisi İlnur Zakarin layiq görülüb. O, mərhələ qalibi olmasa da, 5 günün yekununa əsasən göy formaya sahib çıxıb.

Bütün liderlər (ümumi nəticəyə görə)

Göy forma (ümumi təsnifat mərhələsinin lideri) - İlnur Zakarin (“RusVelo”, Rusiya)

Yaşıl forma (ən yaxşı sprinter) - Linus Gerdemann (“MTN Kubeka”, CAR)

Qırmızı forma (ən yaxşı dağ yürüşçüsü) - Vitali Buts (“Kolss”, Ukrayna)

Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) - Pobert Pauer (Avstraliya milli komandası)

Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) - Samir Cəbrayılov (“Synergy Baku”, Azərbaycan)

Qeyd edək ki, yarışa qatılan 22 ölkədən 25 komandanın tərkibində ümumilikdə 150 velosipedçi 5 gün ərzində 838 km məsafəni qət edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR