İdman
Azərbaycanla oyunda Almaniyanın qapısını Noyer qorumayacaq
Almaniya millisi İngiltərə ilə yoldaşlıq görüşü və Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində ciddi itki ilə üzləşib.
Publika.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, "Bavariya"nın qapıçısı Manuel Noyer zədə üzündən qarşıdakı oyunları buraxmalı olacaq.
Yığmanın kapitanı olan 30 yaşlı qolkiper hazırda klubunun düşərgəsində müalicə olunur. Baş məşqçi Yoahim Löv komandaya Fransa PSJ-sindən Kevin Trappı çağırıb. 26 yaşlı qolkiper bu gündən yığmaya qoşulacaq. Trapp əvvəllər 1 dəfə Bundestimin heyətinə cəlb olunsa da, meydana çıxmayıb. Löv qarşıdakı oyunlara Mark-Andre ter Ştegen ("Barselona”, İspaniya) və Bernd Lenonu ("Bayer") da çağırıb.
Almaniya İngiltərə ilə martın 22-də Dortmundda, Azərbaycanla isə martın 26-da Bakıda üz-üzə gələcək.
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”