"Mançester Siti" çempion: 24 illik həsrət bitmədi
Bizi izləyin

İdman

"Mançester Siti" çempion: 24 illik həsrət bitmədi

İngiltərə Premyer Liqasında 2013/14 mövsümü başa çatıb.Çempionluğun taleyinə son turda aydınlıq gəlib.

İngiltərə Premyer Liqasında 2013/14 mövsümü başa çatıb. Çempionluğun taleyinə son turda aydınlıq gəlib.

"Mançester Siti" və "Liverpul" arasında son həftəyədək davam edən mübarizə birincilərin xeyirinə başa çatıb. "Şəhərlilər" XXXVIII turda "Vest Hem"i qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Nəticədə mövsümü 86 xalla başa vuran "Mançester Siti" çempion olub.

Bununla da Manuel Pellegrininin başçılıq etdiyi komanda 2 illik fasilədən sonra tarixinin 4-cü çempionluğunu qazanıb. "Mançester Siti" daha əvvəl 1936/37, 1967/68 və 2011/12 mövsümlərində birinci olmuşdu.

Çempionluq mübarzəsini son həftəyədək davam etdirən "Liverpul" isə "Nyukasl"ı 2:1 hesabı ilə yenərək 84 xalla mövsümü ikinci pillədə başa vurub. Bununla da "qırmızılar"ın 24 illik çempionluq həsrəti davam edib. Tarixi ərzində 18 dəfə qızıl medallara sahib çıxan "Liverpul" sonuncu dəfə 1989/90 mövsümündə bu sevinci yaşayıb.

Mövsümün yekunlarına əsasən ilk 4 pillədə qərarlaşan "Mançester Siti", "Liverpul", "Çelsi" və "Arsenal" Çempionlar Liqasına vəsiqə qazanıb. 5-6-cı yerləri tutan "Everton" və "Tottenhem" Avropa Liqasında çıxış edəcək.

Son 3 pilləni turan "Norviç", "Fulhem" və "Kardiff Siti" "Çempionşip"ə yuvarlanıb. "Çempionşip"də ilk iki pilləni tutan "Leyçester" və "Barnli" Premyer Liqaya yüksəlib. Son vəsiqəyə isə 3-6-cı yerləri tutan komandalar arasındakı play-off mərhələsinin qalibi sahib çıxacaq. Bu mərhələdə "Drbi Kounti", "Queens Park", "Viqan" və "Briqton" yarışacaq.

İngiltərə

Premyer Liqa

XXXVIII tur

11 may

Mançester Siti - Vest Hem 2:0

Qollar: Samir Nasri, 39. Vinsent Kompani, 49.

Liverpul - Nyukasl 2:1

Qollar: Daniel Agger, 63. Daniel Stürridge, 65 - Martin Skrtel, 20.

Kardiff Siti - Çelsi 1:2

Qollar: Krayq Bellami, 15 - Andre Şkürrle, 73. Fernando Torres, 75.

Sautqempton - Mançester Yunayted 1:1

Qollar: Rikki Lambert, 22 - Xuan Mata, 54.

Norviç - Arsenal 0:2

Qollar: Aaron Ramsey, 53. Karl Yenkinson, 62.

Tottenhem - Aston Villa 3:0

Qollar: Paulinyo, 14. Natan Baker, 35 (avtoqol). Emmanuel Adebayor, 38.

Hall Siti - Everton 0:2

Qollar: Ceyms Makkarti, 9. Romelu Lukaku, 46.

Fulhem - Kristal Palas 2:2

Qollar: Kauley Vudrov, 61. Kris David, 90+2 - Dviqt Qayle, 28; 83.

Sanderlend - Suonsi 1:3

Qollar: Fabio Borini, 50 - Natan Dyer, 7. Marvin Emnes,14. Vilfried Boni, 54.

Vest Bromviç - Stok Siti 1:2

Qollar: Stepan Sesseqnon, 56 - Qaret Makauley, 22 (avtoqol). Çarli Adam, 87.

1

Mançester Siti

38

27

5

6

102:37

86

2

Liverpul

38

26

6

6

101:50

84

3

Çülsi

38

25

7

6

71:27

82

4

Arsenal

38

24

7

7

68:41

79

5

Everton

38

21

9

8

61:39

72

6

Tottenhem

38

21

6

11

55:51

69

7

Mançester Yunayted

38

19

7

12

64:43

64

8

Sautqempton

38

15

11

12

54:46

56

9

Nyukasl

38

15

4

19

43:59

49

10

Stok Siti

37

12

11

14

43:51

47

11

Kristal Palas

37

13

5

19

31:46

44

12

Suonsi

38

11

9

18

54:54

42

13

Vest Hem

38

11

7

20

40:51

40

14

Sanderlend

38

10

8

20

41:60

38

15

Aston Villa

38

10

8

20

39:61

38

16

Hall Siti

38

10

7

21

38:53

37

17

Vest Bromviç

37

7

15

15

42:57

36

18

Norviç

38

8

9

21

28:62

33

19

Fulhem

37

9

4

24

38:83

31

20

Kardiff Siti

38

7

9

22

32:74

30

Bombardirlər: Luis Suares (Liverpul) - 31. Daniel Sturridge (Liverpul) - 21. Yaya Ture (Mançester Siti) - 20. Serxio Aquero (Mançester Siti), Ueyn Runi (Mançester Yunayted), Vilfried Boni (Suonsi) - 17.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm