ÇL-də kim neçə komanda ilə təmsil olunacaq? - UEFA açıqladı
Bizi izləyin

İdman

ÇL-də kim neçə komanda ilə təmsil olunacaq? - UEFA açıqladı

Azərbaycan avrokuboklarda ümumilikdə 4 komanda ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqasının 2018/19 mövsümündə ölkələrin neçə komandayla təmsil olunacağını açıqlayıb.

Publika.az xəbər verir ki, Avropanın ali futbol qurumunun saytında yer alan məlumatda, 2018/19 mövsümündən etibarən İspaniya, Almaniya, İngiltərə və İtaliyanın qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 4 komanda ilə təmsil olunacağı qeyd edilib. Fransa və Rusiyanın isə 3 komandası ÇL-də mübarizə aparmaq hüququ qazanacaq. Bu komandalardan ikisi birbaşa həlledici mərhələdə, biri isə qrupa qədər iki təsnifat mərhələsində oynamalı olacaq.

Portuqaliya, Ukrayna, Belçika və Türkiyə isə 1-i birbaşa qrup mərhələsində, 1-i isə təsnifat mərhələsində olmaqla, cəmi 2 komanda ilə təmsil olunacaqlar.

Reytinq sıralamasında 26-cı pillədə yer almış Azərbaycan avrokuboklarda ümumilikdə 4, Çempionlar Liqasında isə 1 komanda ilə mübarizə aparacaq. (Komanda.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm