"Azarkeşlər inanır, biz isə hazır deyilik..."
Bizi izləyin

İdman

"Azarkeşlər inanır, biz isə hazır deyilik..."

Millimizin baş məşqçisi Robert Prosineçki Almaniya mətbuatına açıqlama verib.

Millimizin baş məşqçisi Robert Prosineçki Almaniya mətbuatına açıqlama verib.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Kicker" nəşrinə danışan xorvatiyalı çalışdırıcı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin Almaniya ilə keçirəcəyi oyun haqda fikirlərini bildirib:

"Almaniya hər zaman favoritdi. Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu, heç də asan deyil. Bu qarşılaşma ölkə üçün əsl tamaşa olacaq. Əgər uduzmasaq, bu, Azərbaycanda böyük sevincə səbəb olacaq. Azarkeşlər bizim Rusiyada keçiriləcək mundiala vəsiqə qazanacağımıza inanır, lakin biz o qədər də hazır deyilik".

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-ı, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm