• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İngiltərə futbolunda şok - Gizli kamera, narkotik...

  • İdman
  • 12 May 2014 09:50
  • 541 Baxış
İngiltərə futbolunda şok - Gizli kamera, narkotik...

İngiltərə futbolunda növbəti qalmaqal yaşanır.

Publika.az xəbər verir ki, ölkənin köklü klublarından olan "Lids"in və “Çelsi”nin başı bəladadı.Belə ki, bir müddət əvvəl "Çempionşip" klubunu satın alan Massimo Kellino "Elland Road" stadionunda gizli kameralar aşkarlayıb. Bu barədə dərhal polisə məlumat verilib.

Polis klubun sabiq direktoru David Hayqin ifadəsini alıb. Bu zaman isə şok faktlar üzə çıxıb. David Şayq kamera sistemini özünün qurdurduğunu etiraf edib. Səbəbini isə belə izah edib: "Tualetlər, İdarə Heyətinin üzvlərinə məxsus otaqlar və digər yerlərə kamera sistemini mən qurdurdum. Çünki həmin yerlərdə kokain kimi birinci dərəcəli narkotiv vasitələrdən istifadə olunması barədə məlumat almışdım. Narkotiklə idman bir arada ola bilməz. Bu meydanda da belədi, klub rəsmilərinin kabinetində də".

"Çelsi"də də böyük bir şok yaşanır. London təmsilçisinin əfsanəvi futbolçularından olan və klubda işləyən Kerri Dikson narkotik alverində təqsirli bilinərək saxlanılıb. Bundan sonra Premyer Liqa nəhəngi ötənlərin məşhur futbolçusu ilə əlaqəni kəsib. Diksonun "Çelsi"nin üzvlərinə də narkotik təşkil etdiyi bildirilir.

"Çelsi" tarixinə vurduğu 193 qolla adını qızıl hərflərlə yazdıran və klub tarixinin ən çox qol vuran 3-cü futbolçusu olan 52 yaşlı Dikson komandanın keçirdiyi bütün tədbirlərdə ön sırada yer alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR