Millimiz almanların seriyasına son qoydu
Bizi izləyin

İdman

Millimiz almanların seriyasına son qoydu

Almaniya millisi bu oyunadək 648 dəqiqə idi qapısında qol görmürdü.

Almaniya milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində quru oyunlar seriyasına son qoyulub.

"Report"un məlumatına görə, bu, Bakıda Azərbaycan yığması ilə oyunda baş verib.

31-ci dəqiqədə millimizin üzvü, Almaniyanın II Bundesliqasının "Aue" klubunda çıxış edən Dmitri Nazarov Bundestimin qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, Almaniya millisi bu oyunadək 648 dəqiqə idi qapısında qol görmürdü. Nazarovun qolu Bundestimi 679-cu dəqiqədə haqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm