FİFA Messini cəzalandırdı - 4 oyun...
Bizi izləyin

İdman

FİFA Messini cəzalandırdı - 4 oyun...

O, DÇ-2018-in seçmə mərhələsində...

Argentina millisinin kapitanı Lionel Messi FİFA tərəfindən cəzalandırılıb.

Goal.az xəbər verir ki, ulduz futbolçu milli komandanın qarşıdakı 4 oyununda iştirak edə bilməyəcək. O, DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda görüşün hakimini təhqir etdiyinə görə cəza ilə üzləşib. Yan xətt hakimi ilə dialoqa girən Messi konfliktin sonunda onun əlini sıxmaqdan imtina etmişdi.

Beləliklə, argentinalı ulduz bu günkü Boliviya ilə oyundan başqa Uruqvay (31 avqust), Venesuela (5 sentyabr) və Peru (5 oktyabr) ilə matçlarda komandasına kömək edə bilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm