Olimpiadaya gedəcək idmançılarımız bəlli oldu
Bizi izləyin

İdman

Olimpiadaya gedəcək idmançılarımız bəlli oldu

Olimpiadaya gedəcək idmançılarımız bəlli oldu

Avqustun 25-27-də Çin Xalq Respublikasının Nanjinq şəhərində yeniyetmələrin II Olimpiya Oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Olimpiya Oyunlarında yeniyetmə qızlar 46, 52, 60 və 70 kq, sərbəst güləşçilər 46, 54, 63, 76 və 100 kq, yunan-Roma güləşçiləri isə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində mübarizə aparacaq. FİLA qaydalarına əsasən, Olimpiya Oyunlarında hər bir ölkə maksimum 5 güləşçi (2 sərbəst, 2 yunan-Roma və 1 qadın güləşçi) ilə təmsil oluna bilər.

Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında güləşçilərimiz yetərli sayda lisenziyalar qazanıb və Olimpiya Oyunlarında tam heyətlə (5 güləşçi ilə) iştirak edəcək.

Belə ki, güləşçilərimiz sərbəst növ üzrə 46, 63 və 100 kq-da, yunan-Roma güləşi üzrə 50 və 69 kq-da, yeniyetmə qızlar isə 46 və 52 kq çəki dərəcələrində lisenziya əldə edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm