AZAL IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu - FOTOLAR
Bizi izləyin

İdman

AZAL IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldu - FOTOLAR

Azərbaycan Hava Yolları QSC (AZAL) 19 ölkədə 40 istiqamət üzrə uçuşlar təşkil edir.

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL) arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb.

Publika.az xəbər verir ki, bununla da AZAL Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının növbəti rəsmi tərəfdaşı olub.

Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru Mayk Loynd, AZAL-ın vitse prezidenti Eldar Hacıyev iştirak edib.

Müqavilə imzalanandan sonra qeyd olunub ki, MDB məkanında aparıcı hava şirkətlərindən biri olan, Azərbaycan Hava Yolları QSC (AZAL) 19 ölkədə 40 istiqamət üzrə uçuşlar təşkil edir.

Böyük Britaniyanın aviaşirkətlər üzrə xidmət səviyyəsini qiymətləndirən məşhur “Skytrax” konsaltinq şirkəti AZAL-ı “4 Ulduz” reytinqinə layiq görüb.

Qeyd olunub ki, Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına daxildir.

IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru M.Loynd mötəbər idman tədbirlərində aviaşirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edərək, AZAL-ın Azərbaycanda keçirilən idman tədbirlərinin bir hissəsi olmasının vacibliyini vurğulayıb:

“Çox böyük nüfuza və güvənə malik Azərbaycan Hava Yolları QSC-nin Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olması bizim üçün çox önəmlidir. Əminəm ki, oyunların təbliğatı işlərində AZAL mühüm rol oynayacaq”.

AZAL-ın vitse prezidenti Eldar Hacıyev bildirib ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir:

“Biz bu tədbirin təşkilatçılarını dəstəkləməkdən qürur hissi duyuruq. Əminəm ki, ölkəmiz digər mötəbər idman tədbirləri kimi, IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək”.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm