“Qarabağ” “Neftçi”nin yubileyini korladı - - VİDEO
Bizi izləyin

İdman

“Qarabağ” “Neftçi”nin yubileyini korladı - - VİDEO

Ağdam klubu rəqibini iki cavabsız qolla üstələyib.

“Qarabağ” komandası futbol üzrə Azərbaycan Kubokunun ilk yarımfinal matçında “Neftçi”ni məğlub edib.

“Report”un məlumatına görə, Ağdam klubu rəqibini iki cavabsız qolla üstələyib.

“Neftçi”nin 80 illik yubileyi ilə bağlı təşkil edilən tədbirlərə təsadüf edən matçda Azərbaycan Kubokunun son qalibi olan “Qarabağ” ilk hissədə əcnəbi futbolçularının vurduğu qollarla qələbə qazanıb – 2:0. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində Muarem Muaremlə Dino Ndlovu fərqləniblər.

Azərbaycan Kubokunun ilk yarımfinal matçında “Qəbələ” səfərdə “İnter”i 3:1 hesabı ilə üstələyib. Bu kollektivlər arasında cavab görüşləri aprelin 5-də keçiriləcək.

Azərbaycan Kuboku, 1/2 final, ilk oyun

30 mart

"Neftçi” – "Qarabağ” 0:2

Qol: Muarem Muarem, 13. Dino Ndlovu, 29

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

"Bakcell Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm