• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Süleymanov: “Sağlıqlarına qismət, istədikləri qədər pul qazanırlar”

  • İdman
  • 12 May 2014 15:16
  • 892 Baxış
Süleymanov: “Sağlıqlarına qismət, istədikləri qədər pul qazanırlar”

Azərbaycan millisinin sabiq hücumçusu və kapitanı, eyni zamanda “Spartak”ın (Alaniya, Vladiqafqaz) heyətində Rusiya çempionu olmuş Nazim Süleymanov azərbaycanlı futbolçuların legioner həyatı yaşaya bilməməsinin səbəblərindən danışıb.

Publika.az xəbər verir ki, Süleymanov rekord.az-a verdiyi açıqlamada qeyri-peşəkar idaretmə metodunu qabardıb. “Həmişə bu məsələni qabartmışıq. Bilirsiniz, biz çox vaxt peşəkarlıqdan danışırıq, amma əməldə bunu etmirik. Təəssüf ki, bizim əksər futbolçularımız da əməldə yox, sözdə peşəkardılar. Bir futbolçu ki, gün ərzində cəmi bir məşq edəcək və o məşqdən də yorulacaq, onun sözün əsl mənasında futbolçu olacağını gözləmirəm. Bir məşqlə böyük futbol oynamaq olmaz. Ən azı gün ərzində iki məşq etməlisən. Hələ ayrıca fərdi məşqi demirəm. İkincisi, bizim futbolçular çox rahatdır. Sağlıqlarına qismət, evin içində istədikləri qədər pul qazanırlar və ona görə də kənara çıxmırlar. Bir futbolçu ki, bu məbləğə layiq deyil, onu almamalıdır. Nazim Süleymanov deyir ki, mənim üçün pul ikinci plandadır, şərait yaradın işləyim, amma o şəraiti də yaratmırlar. Mən inanıram ki, bizim futbolçular istəsələr, öz üzərlərində çalışsalar, xaricdə oynaya bilərlər. Yadınıza bir şey salım. 2003-cü ildə bizim milli komanda Litvada bu ölkənin milli komandası ilə yoldaşlıq görüşü keçirdi və millini də həmin oyuna mənimlə Qurban Qurbanov çıxardı. Həmin vaxt Litva millisinin heyətinin demək olar çox hissəsi legioner həyatı yaşayırdı. Mən bunun səbəbini soruşanda mənə dedilər ki, Litva çempionatının öz kriteriyaları var. Orda klublar ən yaxşı futbolçuya 30 min dollardan artıq pul vermirlər. Ona görə də futbolçuda stimul yaranır ki, daha yaxşı oynayıb Avropaya çıxsın, həm daha çox qazansın, həm də futbolçu kimi daha yaxşı inkişaf eləsin”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR