“Qarabağ”ın 10 potensial rəqibi bəllidi
Bizi izləyin

İdman

“Qarabağ”ın 10 potensial rəqibi bəllidi

“Qarabağ”ın 10 potensial rəqibi bəllidi

Çempionlar Liqasının I və II təsnifat mərhələsində çıxış edəcək 37 komandadan 30-u müəyyənləşib.

Publika.az xəbər verir ki, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Qarabağ"ın 10 potensial rəqibinin adına aydınlıq gəlib.

I təsnifat mərhələsində 6 komanda mübarizə aparacaq və onlardan 3-ü mərhələ adlayacaq. Artıq bu mərhələdə çıxış edəcək 6 komandadan 5-i məlumdu. Yalnız San-Marinonu təmsil edəcək klub müəyyənləşməyib.

II təsnifat mərhələsində 34 komanda yarışacaq. Onlardan 31-i birbaşa, 3-ü I təsnifat mərhələsindən vəsiqə qazanacaq. Bu mərhələnin hələlik 6 komandası məlum deyib. Belə ki, Polşa, Serbiya, Lüksemburq, Çernoqoriya, Macarıstan və Sloveniya çempionları müəyyənləşməyib.

Digər 25 ölkənin çempionlarından 11-nin püşk zamanı "səpələnmişlər", 10-nun "səpələnməmişlər" səbətində yer alacağı dəqiqdi. "Qarabağ" güclülər - "səpələnmişlər" səbətində yer aldığından rəqibi "səpələnməmişlər"dən seçiləcək. Ağdam klubunun hələlik 10 potensial rəqibi bəllidi. Bu "onluğ"a I təsnifat mərhələsinin 3 qalibi, Lüksemburq və Çernoqoriya çempionları da qoşulacaq. Sloveniya və Macarıstanda indiki liderlərin müvafiq olaraq, "Maribor"la "Debretsen"in qalib gələcəyi halda, "Dinamo" (Gürcüstan) və "Malmö" (İsveç) potensial rəqiblərimizdən olacaq.

I təsnifat mərhələsi

Səpələnmişlər

Torshavn (Farer adaları), Levadiya (Estoniya), Santa Koloma (Andorra)

Səpələnməmişlər

Linkoln (Cəbəllütariq), Banants (Ermənistan), San-Marino çempionu

II təsnifat mərhələsi

Səpələnmişlər

Sytaua (Rumıniya), Seltik (Şotlandiya), BATE (Belarus), Sparta (Çexiya), Dinamo (Xorvatiya), Ludoqorets (Bolqarıstan), Makkabi (Təl-Əviv, İsrail), Şerif (Moldova), Slovan (Slovakiya), Aktobe (Qazaxıstan), Ventspils (Latviya), Qarabağ (Azərbaycan), HİK (Finlandiya), Polşa və Serbiya çempionları

Səpələnmişlər

Stromsqodset (Norveç), Reykyavik (İslandiya), Sent Patriks (İrlandiya), TNS (Uels), Skenderbeu (Albaniya), Zrinski (Bosniya və Hersoqovina), Valletta (Malta), Rabotniçki (Makedoniya), Jalgiris (Litva), Kliftonvill (Şimali İrlandiya), Lüksemburq və Çernoqoriya çempionları, I təsnifat mərhələsinin 3 qalibi

Qeyri-müəyyənlər

Dinamo (Tbilisi, Gürcüstan), Malmö (İsveç), Macarıstan və Sloveniya çempionları

Oxumağa davam et
Reklam
Reklam

Gündəm