İngiltərədə istefa
Bizi izləyin

İdman

İngiltərədə istefa

İngiltərədə istefa

İngiltərə Premyer Liqasında çıxış edən “Vest Bromviç” klubu baş məşqçini istefaya göndərib.

Publika.az xəbər verir ki, Pep Mel klubun Direktorlar Şurasının qərarı ilə postundan uzaqlaşdırılıb. Onun komanda ilə 2015-ci ilə qədər müqaviləsi vardı. Melin rəhbərliyi altında “Vest Bromviç” Premyer Liqada yerini qoruya bilmişdi.

51 yaşlı mütəxəssis komandada yanvar ayından çalışırdı. Onun rəhbərliyi altında 17 oyun keçirən “Vest Bromviç” 3 qələbə qazanmış, 8 dəfə məğlub olmuş, 6 qarşılaşmada isə heş-heçə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm