Norveçin qarşısına kimlər çıxacaq?
Bizi izləyin

İdman

Norveçin qarşısına kimlər çıxacaq?

Norveçin qarşısına kimlər çıxacaq?

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bakıda Norveç komandası ilə qarşılaşacaq Azərbaycan yığması təlim-məşq toplanışı keçirəcək.

Publika.az xəbər verir ki, mayın 21-dən iyunun 1-dək paytaxtda keçiriləcək toplanışda iştirak edəcək futbolçuların siyahısı açıqlanıb.

Baş məşqçi Bernhard Lipper 24 futbolçuya dəvət göndərib. Alman mütəxəssis "Neftçi"dən 6, "Sumqayıt"dan 5, "Xəzər Lənkəran"dan 3, "Bakı" və "İnter"dən 2, "Qarabağ", "Qəbələ", "Simurq" və "Araz Naxçıvan"dan 1 futbolçunu toplanışa çağırıb. İki oyunçu isə ölkə xaricindən gələcək. Belə ki, Berti Foqtsun ABŞ-la oyunun ehtiyat heyətinə saldığı Braunşveyq “Ayntraxt"nın üzvü Taşkın İlter və “Memmingen”in yarımmüdafiəçisi Umut Sönməz U-21-ə dəvət olunub.

Qeyd edək ki, Tərlan Quliyev, Elşən Abdullayev, Elvin Bədəlov, Mirhüseyn Seyidov, Samir Məsimov və Ürfan Abbasov yığmaya kubokun finalından sonra may ayının 23-də, Taşkin İlter və Umut Sönmez mayın 25-də, Elvin Yunuszadə, Qara Qarayev və Abdulla Abatsiyev isə mayın 29-da qoşulacaq.

Qapıçılar: Orxan Sadıqlı (“Xəzər Lənkaran”), Andrey Popoviç, Şahrudin Məhəmmədəliyev (hər ikisi “Sumqayıt”).

Müdafiəçilər: Tərlan Quliyev, Elvin Yunuszadə (hər ikisi "Neftçi"), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Slavik Alxasov (“Xəzər Lənkaran”), Azər Salahlı (“İnter”), Qara Qarayev (“Qarabağ”), Ürfan Abbasov (“Qəbələ”), Tural Hümbətov (“Araz Naxçıvan”).

Yarımmüdafiəçilər: Samir Məsimov, Elşən Abdullayev, Elvin Bədəlov, Mirhüseyn Seyidov (hamısı “Neftçi”), Rəhman Hacıyev (“Sumqayıt”), Namiq Ələskərov (“Bakı”), Abdulla Abatsiyev (“İnter”), Taşkın İlter (“Ayntraxt Braunşveyq", Almaniya), Umut Sönməz (“Memmingen”, Almaniya).

Hücumçular: Məhəmməd Qurbanov (“Sumqayıt”), Ağabala Ramazanov (“Xəzər Lənkaran”), Tural Qürbətov (“Bakı”), Rəşad Eyyubov “(Simurq”).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm