Çempionlar Liqası: “Barselona” “Yuventus”a, “Monako” “Borussiya”ya qarşı
Bizi izləyin

İdman

Çempionlar Liqası: “Barselona” “Yuventus”a, “Monako” “Borussiya”ya qarşı

1/4 final mərhələsinə yekun vurulacaq.

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya” oyunları ilə sonuncu yarımfinalçıların adlarına aydınlıq gələcək.

“Barselona” ilk görüşdə 0:3 hesabı ilə uduzduğu “Yuventus”dan revanş almağa çalışacaq. Əvvəlki mərhələdə geridönüş edərək, PSJ-ni şoka salan kataloniyalılar eyni ssenarini “qoca sinyora” önündə də həyata keçirmək arzusundadır. Lakin əksəriyyət rəqibin “Yuventus” olduğunu əsas gətirərək, bunun təkrarlanacağına inanmır.

“Monako” – “Borussiya” görüşü də gərgin mübarizə vəd edir. Bu komandaların Dortmunddakı ilk qarşılaşmasında azarkeşlər 5 qola şahidlik etmişdilər. Həm “Monako”, həm də “Borussiya”nın hücum futboluna üstünlük verməsi cavab oyununun da qollarla zəngin olacağını istisna etmir. Səfərdə 3:2 hesablı qalibiyyət “Monako”nun mərhələ adlamaq şansını artırır. Ancaq “Borussiya”nı da hesabdan silmək olmaz.

Çempionlar Liqası. 1/4 final mərhələsi, cavab oyunları

19 aprel

22:45. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 0:3

22:45. “Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2

Oxumağa davam et
Reklam
Reklam

Gündəm