İdman
“Bakcell”in dəstəyi ilə uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçirildi - - FOTO
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Şahmat Federasiyası, "Gənclik" şahmat klubu və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq uşaq şahmat turnirinə dəstək göstərib.
9-14 aprel 2017-ci il tarixləri arasında FİDE qaydalarına uyğun olaraq 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 2002-ci il və kiçik təvəllüdlü Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 56 gənc şahmatçı iştirak edib.
Yarışlarda ən çox xal yığan Azərbaycanlı şahmatçılar Fransada keçiriləcək Beynəlxalq Turnirdə iştirak etmək imkanı qazanıblar. Turnirin digər qalibləri isə Bakcell şirkəti tərəfindən smartfon və dəyərli hədiyyələrlə təltif ediliblər.
Onu da qeyd edək ki, Bakcell şirkəti 2006-cı ildən başlayaraq Azərbaycanda uşaqlar arasında təşkil edilən çoxsaylı yerli və beynəlxalq səviyyəli şahmat turnirlərinin təşkilinə dəstək göstərib.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb