Məşhur ingilis futbolçu həyatını itirdi - - FOTO
Bizi izləyin

İdman

Məşhur ingilis futbolçu həyatını itirdi - - FOTO

Sabiq futbolçunun məşq zamanı ürəyi dayanıb.

İngiltərənin “Tottenhem” futbol klubunun 23 yaşlılardan ibarət komandasının baş məşqçisi, millinin sabiq üzvü Uqo Ehioqu dünyasını dəyişib.

Publika.az xəbər verir ki, İngiltərədə kifayət qədər tanınan sabiq futbolçunun ürəyi dayanıb.

Məşq zamanı ürəyində narahatlıq yaranan 44 yaşlı Ehioqu dərhal xəstəxanaya aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

“Aston Villa”, “Middlsbro”, “Reyncers”, “Lids” kimi klublarda üst-üstə 400-ə yaxın oyuna çıxan Ehioqu 1996-2002-ci illərdə 4 dəfə İngiltərə millisinin də formasını geyinmişdi.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm