Şəmkirdə su festvalı keçirildi
Bizi izləyin

İdman

Şəmkirdə su festvalı keçirildi

Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib.

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu Şəmkirə çatıb.

Publika.az xəbər verir ki, tur çərçivəsində Şəmkir su anbarı ətrafında tədbir keçirilib. Su mərasimi, şahmat və güləş həvəskarı Murad Namazov, boks üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Ramiz Yusifov və sərbəst güləş üzrə Avropa və Olimpiya turnirlərinin mükafatçısı Elçin Həsənov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirilib.

Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri “Mirvari” rəqs qrupu, Vüqar Vəliyev, Xəyal Qasımovun ifasını dinləyib. Su effekti və atəşfəşanlıq olub.

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 23 aprel tarixində Mingəçevir şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm