• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

Diqqətlər “Santyaqo Bernabeu”ya! - El-Klasiko var

  • İdman
  • 21 Aprel 2017 23:38
  • 509 Baxış
Diqqətlər “Santyaqo Bernabeu”ya! - El-Klasiko var

Bu gün İspaniya La Liqasında 33-cü tura start veriləcək.

Publika.az xəbər verir ki, turun ilk oyununda “Sevilya” “Qranada”nı qəbul edəcək.

Turun mərkəzi oyunu bazar günü baş tutacaq. Həmin gün bütün dünyanın diqqəti Madridə - “Santyaqo Bernabeu”ya yönələcək. “El klasiko”da “Real” “Barselona”nı qəbul edəcək. Çempionlar Liqasında mübarizəni dayandıran katalonlar La Liqada çempionluq uğrunda mübarizəni davam etdirmək, həm də azarkeşləri qarşısında bəraət almaq üçün əzəli rəqibini səfərdə məğlub etməlidi. “Kral klubu” isə qitənin ən nüfuzlu klub turnirindəki uğurunu ölkə çempionatında da davam etdirməyi planlaşdırır.

İspaniya La Liqası, 33-cü tur

21 aprel

23:00 Sevilya - Qranada

22 aprel

15:00 Malaqa - Valensiya
18:15 Vilyarreal - Leqanes
20:30 Osasuna - Sportinq
22:45 Espanyol - Atletiko

23 aprel

14:00 Real Sosyedad - Deportivo
18:15 Selta - Betis
20:30 Las Palmas - Alaves
22:45 Real - Barselona

24 aprel

22:45 Eybar - Atletik

Bombardirlər: Lionel Messi (Barselona) - 29. Luis Suares (Barselona) - 24. Kriştiano Ronaldo (Real) - 19.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR