İdman
Avro-2017: təmsilçimiz qeyri-etik jest edib, yığmamıza məğlubiyyət verilib
Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı başa çatıb.
Publika.az apasport.az-a istinadən xəbər verir ki, fərdi yarışlar başa çatdıqdan sonra bu gün komandalar arasında qalib bəlli olub.
Kişilərin yarışında 16 ölkənin komandası çempionluq uğrunda
mübarizə aparıb.
Millimizin 1/8 finaldakı ilk rəqibi Monteneqro olub. Yığmamız
balkanlıları darmadağın edib - 5:0. Nicat Şıxalizadə, Hidayət
Heydərov, Rüfət İsmayılov, Tural Səfquliyev, Uşanqi Kokouri
rəqiblərinə şans verməyiblər.
Növbəti rəqib isə Çexiya ilə görüşdən qalib ayrılan Fransa olub.
Komandamız yarımfinal uğrundakı gərgin mübarizədən məğlub ayrılıb -
2:3. Hidayət Heydərov və Məmmədəli Mehdiyev öz çəkilərində qalib
gəlsə də, Nicat Şıxəlzadə, Rüstəm Orucov və Elxan Məmmədov isə
uduzub.
Təsəlliverici görüşlərdə yığmamızın ilk rəqibi Hollandiya millisi
olub. Yığmamız bu dəfə də rahat qələbəyə sevinib - 4:1. Nicat
Şıxalizadə, Hidayət Heydərov, Rüfət İsmayılov və Məmmədəli Mehdiyev
qalib gəlib, yalnız Kokouri məğlubiyyətə üzülüb.
"Bürünc" yolundakı son rəqib isə Ukrayna yığması olub. İlk üç
çəkidə idmançılarımız qələbə qazansa da, son iki görüş baş
tutmayıb. Hakimlər isə Ukrayna millisinə texniki qalibiyyət verib.
Əldə etdiyimiz məlumata görə, buna səbəb 90 kq çəki dərəcəsindəki
təmsilçimiz Məmmədəli Mehdiyevin rəqibinə qarşı qeyri-etik jest
etməsidir. Bu, isə yığmamıza məğlubiyyət bahasına başa gəlib.
Kişilər
1/8 final
Azərbaycan - Monteneqro - 5:0
66 kq Nicat Şıxalizadə - Yusuf Nurkoviç
73 kq Hidayət Heydərov - Nikola Qusiç
81 kq Rüfət İsmayılov - Miliç
90 kq Tural Səfquliyev - Bubanya
+90 kq Uşanqi Kokouri - Pantiç
1/4 final
Azərbaycan - Fransa - 2:3
66 kq Nicat Şıxəlzadə - Aleksandr Maryak
73 kq Hidayət Heydərov - Lyuk Korval
81 kq Rüstəm Orucov - Pape Ndaye
90 kq Məmmədəli Mehdiyev - Aksel Klerj
+90 kq Elxan Məmmədov - Sirill Maret
Təsəlliverici görüş
Azərbaycan - Hollandiya - 4:1
66 kq Nicat Şıxəlizadə - Van Harten
73 kq Hidayət Heydərov - Sem Van Vestende
81 kq Rüfət İsmayılov - De Vit
90 kq Məmmədəli Mehdiyev - Ven Tend
+90 kq Uşanqi Kokouri - Maykl Korrel
Bürünc medal uğrunda görüş
Azərbaycan - Ukrayna - 3:0 (Ukrayna millisinə texniki qələbə
verilib)
66 kq Nicat Şıxəlizadə - Gevorq Xaçatryan
73 kq Hidayət Heydərov - Kanivets
81 kq Rüfət İsmayılov - Krivçaç
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı