Premyer Liqanın ən yaxşı oyunçusu bəlli oldu
Bizi izləyin

İdman

Premyer Liqanın ən yaxşı oyunçusu bəlli oldu

Sayca üçüncü fransalı futbolçudur.

“Çelsi”nin yarımmüdafiəçisi, fransalı N’Qolo Kante İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.

Publika.az xəbər verir ki, Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşısı seçilən N.Kante Eden Azar (“Çelsi”), Zlatan İbrahimoviç (“Mançester Yunayted”), Harri Keyn (“Tottenhem”), Romelu Lukaku (“Everton”) və Aleksis Sançesi (“Arsenal”) qabaqlayıb.

26 yaşlı N.Kante İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu adını qazanan sayca üçüncü fransalı futbolçudur. Əvvəllər adıçəkilən mükafata “Arsenal” klubunun oyunçuları Patrik Vieyra (2001) və Tyerri Anri (2004, 2006) layıq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm