DÇ-2018-də YENİLİK olacaq
Bizi izləyin

İdman

DÇ-2018-də YENİLİK olacaq

Videotəkrar sistemindən istifadə olunacaq.

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında videotəkrar sistemindən istifadə olunacaq.

Publika.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib. O, videotəkrardan yalnız müsbət fikirlər eşitdikləri üçün yararlanacaqlarını vurğulayıb. Bunadək İnfantino Konfederasiyalar Kubokunda da eyni yeniliyin tətbiq ediləcəyini söyləyib.

Qeyd edək ki, 2016-cı ilin martında iki illik sınaq müddəti kimi videoköməkdən istifadəyə icazə verilib. Bu sistemdən klublararası dünya çempionatı və İtaliya B Seriyasında yararlanıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm