• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İdmançılarımızı İrana aparan səbəb

  • İdman
  • 13 May 2014 19:15
  • 424 Baxış
İdmançılarımızı İrana aparan səbəb

Mayın 15-16-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.

Publika.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.
Bir neçə gün öncə keçirilən püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayacaq.
Dünya Kubokunda iştirak edəcək komandamız artıq Tehrandadır. Baş məşqçi Cəmşid Xeyrabadi, məşqçilər Mehrizad Esfandiyarifar və Akif Əliyevin rəhbərliyi altında 13 güləşçimiz heyətdə yer alıb. Yarışlarda ölkəmizi Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 59 kq), Azad Əliyev, Həsən Əliyev (hər ikisi 66 kq), Rüstəm Əliyev, Rəsul Çunayev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov, Saman Təhmasibi (hər ikisi 85 kq), Araz Həsənov (98 kq), Sabah Şəriəti və Valera Rodriqes (hər ikisi 130 kq) təmsil edəcək.
Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR