Futbolçunun bir ayağına 80 milyon avro qiymət qoyuldu
Bizi izləyin

İdman

Futbolçunun bir ayağına 80 milyon avro qiymət qoyuldu

"O, möhtəşəm istedada sahibdir və çox ağıllı futbolçudur".

Federiko Pastorelo agenti olduğu "Monako"nun futbolçusu Kilian Mbappe barədə açıqlama verib.

Publika.az xəbər verir ki, o, 18 yaşlı hücumçunun qiymətinin 80 milyon avrodan çox olduğunu deyib:

“Mbappe üçün 80 milyon avro? Bu məbləğə "Monako" onun bir ayağını satar. Kilian mənə Tyerri Anri və Trezeqeni xatırladır. O, möhtəşəm istedada sahibdir və çox ağıllı futbolçudur".

F.Pastorelo dünya futbolunda K.Mbappeni transfer edə biləcək 4 klub olduğunu söyləyib:

“Real”, “Barselona”, “Mançester Siti” və “Mançester Yunayted” onu transfer edə bilər. Ancaq məncə, Kilianın bu yayda “Monako”nu tərk etməsi düzgün seçim olmaz. Hazırda o, çox yüksəklərdədir və onun səviyyəsində gənc futbolçu yoxdur. Növbəti mövsümdə daha böyük işlər görə bilər”. (qol.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm