İtaliya çempionu ÇL-dən imtina etdi
Bizi izləyin

İdman

İtaliya çempionu ÇL-dən imtina etdi

İtaliya çempionu ÇL-dən imtina etdi

İtaliya çempionu, qadınlardan ibarət "Pyaçentsa" voleybol klubu növbəti mövsüm ölkə birinciliyində və Çempionlar Liqasında çıxış etməyəcək.

Publika.az xəbər verir ki, bunu komandanın sahibi Antonio Sersiello deyib. O, bu addımı atmalarına səbəb kimi maliyyə problemini göstərib:

"Təəssüf ki, şəhər administrasiyasına kömək üçün etdiyimiz müraciət cavabsız qaldı. Klubu satmaq və voleyboldan getməkdən başqa yol görmürəm. A Seriyasında və Çempionlar Liqasındakı yerimizi tutmaq istəyənlər müraciət edə bilərlər. Bu vəziyyətdə ən çox azarkeşlər üçün pis oluram".

Qeyd edək ki, "Pyaçentsa" son iki ildə İtaliyanın ən güclü klubu adını qazanıb. Komanda 2 dəfə A Seriyasının, 2 dəfə Kubokun və 1 dəfə Super Kubokun sahibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm