“Qəbələ” çempionluqları sıralayır
Bizi izləyin

İdman

“Qəbələ” çempionluqları sıralayır

“Qəbələ” çempionluqları sıralayır

“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandasının ardından U-15 komandası da 2013-2014 mövsümünün qalibi adını qazanıb.

Publika.az xəbər verir ki, bu, “qırmızı-qaralar”ın dünən gün ərzində yaşadığı ikinci çempionluq olub. Ötən gün səfərdə paytaxt təmsilçisi “Bakı” ilə qarşılaşan Hüseynqulu Quliyevin yetirmələri rəqiblərini 2:0 hesabı ilə məğlub ediblər və mövsümün sonuna 3 tur qalmış çempionluqlarını təmin ediblər. Çempionluq matçında Fərid Nəbiyev və Əli Sadıxov fərqləniblər.

Xatırladaq ki, ilkin mərhələdə “B” qrupunu lider kimi tamamlayan “Qəbələ” ikinci mərhələdə keçirdiyi 7 oyunda maksimum nəticə qazanıb. Bu da komandanı rəqibləri üçün əlçatmaz edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm