İştirakçı: "Bakı Marafonu gözəl təşəbbüsdür"
Bizi izləyin

İdman

İştirakçı: "Bakı Marafonu gözəl təşəbbüsdür"

"Bakı Marafonu 2017" yarışında qaliblər iki kateqoriya - kişi və qadınlar üzrə müəyyən olunacaq.

"Bakı Marafonu gözəl təşəbbüsdür".

Publika.az bildirir ki, bunu Trend-ə Bakı Marafonu 2017-nin iştirakçısı Saleh Nəsirov deyib.

O, Bakı Marafonunda ilk dəfədir iştirak etdiyini bildirib:

"Bu, gözəl təşəbbüsdür, eyni zamanda sağlamlıq rəmzidir. Mən də bir vətəndaş kimi bu təşəbbüsə qoşuluram. Marafon bir idman növüdür, idman da sağlamlıq deməkdir".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonuna start verilir.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir.

Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

"Bakı Marafonu 2017" yarışında qaliblər iki kateqoriya - kişi və qadınlar üzrə müəyyən olunacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm