Təhqirə dözməyən futbolçu meydanı tərk etdi
Bizi izləyin

İdman

Təhqirə dözməyən futbolçu meydanı tərk etdi

İrqçi şüarlara görə meydandan çıxıb.

"Peskara" klubunun qanalı yarımmüdafiəçisi Salli Muntari futbol üzrə İtaliya çempionatının 34-cü turu çərçivəsində "Kalyari" ilə keçirilən matç zamanı azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəbindən meydanı tərk edib.

Publika.az xəbər verir ki, futbolçu görüşün 89-cu dəqiqəsində tribunalardan səsləndirilən irqçi şüarlara görə hakimə şikayət edərək matçın dayandırılmasını xahiş edib.

Hakim isə cavabında 32 yaşlı Muntariyə sarı kart göstərib. O, məhz bundan sonra etiraz əlaməti olaraq stadionu tərk edib.

"Kalyari" - "Peskara" oyunu 1:0 hesabı ilə başa çatıb. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm