AÇ-2020 – Bakı hansı yolu keçməlidi?
Bizi izləyin

İdman

AÇ-2020 – Bakı hansı yolu keçməlidi?

AÇ-2020 – Bakı hansı yolu keçməlidi?

UEFA İcraiyyə Komitəsi Turindəki iclasında AÇ-2020-nin final mərhələsinin ev sahibləri olacaq şəhərlərin müəyyən edilməsi üçün səsvermə prosedurasını təsdiqləyib.

Publika.az xəbər verir ki, AÇ-2020-nin oyunlarını keçirmək üçün ümumilikdə 19 şəhər iddiasını irəli sürüb və bu şəhərlərin arasında Azərbaycanın paytaxtı Bakı da var.

Avqustda assosiasiyaları tenderdə iştirak etməyən İcraiyyə Komitəsinin üzvləri bütün ərizələri hər birində ən azı iki şəhər olmaqla, altı və ya səkkiz regional zonaya böləcək.

UEFA-nın rəsmi saytında deyilir:

"Regional zonalar üzrə müəyyənləşdirmə AÇ-ni qəbul edəcək şəhərləri təyin edərkən, bizə bütün Avropanı əhatə etmək imkanı verəcək. Səsvermə prosedurasına gəlincə, əvvəlcə, finalın və yarımfinalların təşkilatçıları seçiləcək. Sonra 1/4 finalın dörd və qrupdakı üç görüşün sahibləri müəyyənləşəcək. Daha sonra 1/8 final və qrup mərhələsinin üç oyunu əvvəlki iki mərhələdə seçilməmiş coğrafi ərazilərin təmsilçilərinə veriləcək. Yekunda isə 1/8 final və qrup mərhələsinin yerdə qalan oyunları müəyyənləşəcək”.

UEFA İcraiyyə Komitəsi yekun qərarını sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək xüsusi mərasimdə elan edəcək.

Xatırladaq ki, UEFA İcraiyyə Komitəsi 2013-cü ilin yanvarında final mərhələsinin Avropanın 13 şəhərində keçiriləcəyini təsdiqləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm