"Sevilya" UEFA Avropa Liqasının qalibi oldu
Bizi izləyin

İdman

"Sevilya" UEFA Avropa Liqasının qalibi oldu

Avropa Liqasında 2013/14 mövsümünə yekun vurulub. Qitənin ikinci dərəcəli klub turnirin final matçı keçirilib.

Avropa Liqasında 2013/14 mövsümünə yekun vurulub. Qitənin ikinci dərəcəli klub turnirin final matçı keçirilib.

İtaliyanın Turin şəhərindəki "Yuventus Arena"da baş tutan final qarşılaşmasında Portuqaliya "Benfika"sı İspaniyanın "Sevilya" klubu ilə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Belədə qalib penalti seriyasında müəyyənləşib. Bu zaman "Sevilya"nın portuqaliyalı qapıçısı Beto həmyerliləri Oskar Kardozo və Rodriqonun zərbələrini dəf edərək komandasına qələbə qazandırıb - 4:2. Bununda "Sevilya" üçüncü dəfə Avropa Liqasının qalibi olub. İspaniya klubu 2005/06 və 2006/07 mövsümlərində kuboka sahib çıxmışdı. "Benfika" isə 1982/83 və 2012/13 mövsümlərində finala çıxsa da, sevinə bilməyib.

Beləliklə, "Benfika"nın "Bela Quttmann lənəti" davam edib. Belə ki, 1961 və 1962-ci illərdə Portuqaliya təmsilçisini Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi edən Bela Quttmann klubu lənətləyib. Avropada ardıcıl iki kubok qazanan baş məşqçi maaşının artırılmasını istəyib. Klub rəhbərliyi isə ona qapını göstərib. Macar mütəxəssis isə "Benfika" bundan sonra 100 il Avropada heç bir kubok qazanmayacaq" deyib. Həmin vaxtdan 5 dəfə Çempionlar Kubokunun (Çempionlar Liqası), 2 dəfə Avropa Liqasının, 1 dəfə də Kuboklar Kubokunun finalına çıxan Portuqaliya klubu məğlubiyyətə üzülüb. "Benfika" artıq 52 ildi Avropada kuboka həsrət qalıb. Görünən odu ki, komanda daha 48 il bu həsrəti çəkəcək.

Avropa Liqası

2013/14 mövsümü

Final

14 may

Sevilya (İspaniya) - Benfika (Portuqaliya) 0:0 (penalti - 4:2)

Sevilya: Beto, Federiko Fazio, Daniel Karriço, Alberto Moreno, Nikolas Pareya, Coke, İvan Rakitiç, Xose Antonio Reyes (Marko Marin, 72//Kevin Qameyro, 104), Vitolo Maxin (Dioqo Fiqueyras, 110), Stepan Mbia, Karlos Bakka.

Ehtiyat oyunçular: Xavi Varas, Fernando Navarro, Visente İborra, Piotr Troxovski.

Baş məşqçi: Unay Emeri.

Benfika: Jan Oblak, Luisao, Maksi Pereyra, Guilherme Siqueyra (Oskar Kardozo, 99), Ezekuiel Garay, Ruben Amorim, Nikolas Qaytan (İvan Kavaleyro, 119), Andre Qomes, Miralem Süleymani (Andre Almeyda, 25), Rodriqo Lima, Rodriqo.

Ehtiyat oyunçular: Artur Moraes, Steven Vitoriya, Jardel Vieyra, Filip Duriçiç.

Baş məşqçi: Jorge Xesus.

Dəqiq olan penaltilər: Karlos Bakka, Stepan Mbia, Coke, Kevin Qameyro - Rodriqo Lima, Luisao.

Dəqiq olmayan penaltilər: Oskar Kardozo, Rodriqo.

Sarı vərəqələr: Federiko Fazio, 11. Alberto Moreno, 13. Coke, 98 - Guilherme Siqueyra, 30. Andre Almeyda, 100.

Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp (Almaniya).

Turin. "Yuventus Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm