“Tanrının əli” Meksikada göründü – VİDEO + FOTOLAR
Bizi izləyin

İdman

“Tanrının əli” Meksikada göründü – VİDEO + FOTOLAR

“Tanrının əli” Meksikada göründü – VİDEO + FOTOLAR

Artıq planetin futbol azarkeşləri mundial həyacanı ilə yaşayırlar.

Milli çempionatlarda mübarizə sona yaxınlaşdıqca dünya çempionatı ilə bağlı xəbərlər gündəmi zəbt edir. Elə mətbuat da yavaş-yavaş mundialla bağlı məlumata daha çox yer ayırır. Dünya çempionatı bir ölkədə keçirilən bir aylıq futbol yarışması deyil. Mundial bütün dünyada yaşından, peşəsindən aslı olmayaraq hər kəsi ağuşuna alan bir bayramdı. Hər dəfə dünya çempionatları ərəfəsində mundialların tarixi bir daha vərəqlənir. 1930-cu ildən start götürən dünya çempionatalrı ilə bağlı mühüm məqamlar xatırlanır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Publika.az saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir. Növbəti yazı 1986-cı ildə Meksikada keçirilmiş 13-cü dünya çempionatına həsr olunub.

Kolumbiyadakı çevriliş…

13-cü dünya çempionatını qəbul etmək hüququ 1978-ci ildə Kolumbiyaya verilmişdi. Ölkə başçısı Alfonso Lopes Çixelson xüsusi sərəncamla mundiala hazırlıq üzrə milli komissiyanın üzvlərinin siyahısını şəxsən təsdiqləmişdi. Bu komissiyanın tərkibinə bir neçə nazir, futbol federasiyasının və Olimpiya Komitəsinin rəhbərləri, tanınmış ictimai xadimlər və iş adamları daxil edilmişdi. Ancaq ölkədəki hakimiyyət dəyişikliyi dağınıqlıq yaratmışdı. Yeni prezident Xulio Sesar Ayal bildirdi ki, ondan əvvəlki şəxsin verdiyi söz artıq heç bir qüvvəyə malik deyil: “Ən adi işlər üçün belə maliyyə çatışmadığı halda, Kolumbiya, dünya çempionatını keçirməyə hazır olduğumuzu deməyə cürət etmiş futbol federasiyasının sponsoru rolunda çıxış edə bilməz”.

Meksikadakı zəlzələ…

Ehtiyat variant kimi Meksikanın namizədliyi təsdiqlənmişdi. Mundialın startına az qalmış Meksikada güclü zəlzələ baş versə də, demək olar ki, heç bir stadion və digər obyektlər xələl görməmişdi. Joao Avelanj təbii fəlakətlə bağlı təəssüfünü dilə gətirərək qeyd etdi ki, turnir meksikalıların olaraq qalır. Yalnız xalq və ya prezident Kanedo ondan imtina edəcəyi halda, bu durum dəyişə bilər. Bu da baş vermədi. Belədə Meksika dünya çempionatını ikinci dəfə qəbul edən ilk ölkə olaraq tarixə düşdü.

Belanovun və belçikalıların ofsayddan vurduğu qollar…

Turnirin formatı da dəyişdi – ikinci qrup mərhələsi qruplarda ilk iki yeri tutan və 4 ən yaxşı üçüncü komandanın 1/8 final qarşılaşmaları ilə əvəzləndi.

SSRİ yığmasının başına mundialdan azacıq əvvəl Valeri Lobanovski gətirildi. O, bu postda “dürüst futbolun banisi” Malofeyevi əvəzlədi. “Dinamo” ilə Kuboklar Kubokunu yenicə qazanan Lobanovskinin millinin onurğa sütununu təşkil edən kiyevlilərlə iş təcrübəsinin nəzərə alınması gözlənilən idi.

Sovet futbolçuları çempionata macarlar üzərində 6:0 hesablı böyük qələbə ilə başladılar. Sonra Platinili son Avropa çempionları ruslardan canını güclə qurtardı. Kanadalılarla görüş formal xarakter daşıyırdı. Sonra isə belçikalılarla hələ də müzakirə olunan qalmaqallı matça növbə çatdı.

Bu matç İqor Belanovun və belçikalıların ofsayddan vurduğu qollarla yadda qaldı. Sovetlərlə yanaşı, italyanlar da 1/8 finalda danimarkalılarla oyunda məğlub olaraq çempionluq titulunu itirdilər.

“Tanrının əli”…

1/4 finalda Braziliya və İngiltərə də mübarizəni daynadırdı. Sonuncuların başına gələnlər isə yəqin ki, futbol tarixində daim anılacaq. Maradona əvvəlcə Şiltonu əllə vurduğu qolla məyus etdi. O, açıqlamasında bunu “Tanrının əli” adlandırdı. Sonra isə dahi argentinalı topu meydançanın özlərinə aid hissəsindən götürərək rəqibin 7 oyunçusunu aldatmaqla hesabı artırdı. İngilislərin bu fantastik futbolçunu alqışlamaqdan başqa çarəsi yox idi.

Buna bənzər bir şey yarımfinalda Pfaffın da başına gəldi. Beçikalıların çox güclü qolkiperi də Maradonanın zərbəsindən sonra qapıya gedən topu izləməyə məcbur idi. Və yalnız finalda Maradonadan qol tələb olunmadı. Bütün komanda əla oynayırdı, lider isə məhsuldar ötürmələrlə kifayətləndi.

Və Maradonanın komandası

1986-cı ildəki Argentina yığmasını rahatlıqla Maradonanın komandası adlandırmaq olar. Eyni zamanda bu, ixtisasca həkim – ya stomatoloq, ya da ginekoloq idi – Karlos Bilardonun komandası idi. O, ulduzun komanda yoldaşları üçün çalışdığı, onların isə öz növbəsində liderə bütün ən yaxşı xüsusiyyətlərini ortaya çıxarmaq üçün səy göstərdiyi kollektiv yarada bilmişdi. Bilardo hələ seçmə mərhələnin gedişində liderlik etmək istəyən bir çox tanınmış futbolçunun xidmətindən imtina edərək, onların yerinə “qara işçilər” görən – daha az tanınan etibarlı oyunçulara üstünlük vermişdi. Onlar da həkimə borclarını dəqiq intizam, səliqəli oyun və öz maraqlarını komanda maraqlarına qurban verməklə qaytardılar. Nəticəsi isə məlumdu.

Qrup A

1.Argentina 3 2 1 0 6-2 5

2.İtaliya 3 1 2 0 5-4 4

3.Bolqarıstan 3 0 2 1 2-4 2

4.Cənubi Koreya 3 0 1 2 4-7 1

Qrup B

1.Meksika 3 2 1 0 4-2 5

2.Paraqvay 3 1 2 0 4-3 4

3.Belçika 3 1 1 1 5-5 3

4.İraq 3 0 0 3 1-4 0

Qrup C

1.SSRİ 3 2 1 0 9-1 5

2.Fransa 3 2 1 0 5-1 5

3.Macarıstan 3 1 0 2 2-9 2

4.Kanada 3 0 0 3 0-5 0

Qrup D

1.Braziliya 3 3 0 0 5-0 6

2.İspaniya 3 2 0 1 5-2 4

3.Ş.İrlandiya 3 0 1 2 2-6 1

4.Əlcəzair 3 0 1 2 1-5 1

Qrup E

1.Danimarka 3 3 0 0 9-1 6

2.Q. Almaniya 3 1 1 1 3-4 3

3.Uruqvay 3 0 2 1 2-7 2

4.Şotlandiya 3 0 1 2 1-3 1

Qrup F

1.Mərakeş 3 1 2 0 3-1 4

2.İngiltərə 3 1 1 1 3-1 3

3.Polşa 3 1 1 1 1-3 3

4.Portuqaliya 3 1 0 2 2-4 2

Bütün oyunlar

1. Bolqarıstan-İtaliya 1:1

2. İspaniya-Braziliya 0:1

3. Kanada-Fransa 0:1

4. Argentina-Cənubi Koreya 3:1

5. SSRİ-Macarıstan 6:0

6. Mərakeş-Polşa 0:0

7. Belçika-Meksika 1:2

8. Əlcəzair-Şimali İrlandiya 1:1

9. Portuqaliya-İngiltərə 1:0

10. Paraqvay-İraq 1:0

11. Uruqvay-Qərbi Almaniya 1:1

12. Şotlandiya-Danimarka 0:1

13. İtaliya-Argentina 1:1

14. Cənubi Koreya-Bolqarıstan 1:1

15. Fransa-SSRİ 1:1

16. Macarıstan-Kanada 2:0

17. Braziliya-Əlcəzair 1:0

18. İngiltərə-Mərakeş 0:0

19. Meksika-Paraqvay 1:1

20. Şimali İrlandiya-İspaniya 1:2

21. Polşa-Portuqaliya 1:0

22. İraq-Belçika 1:2

23. Qərbi Almaniya-Şotlandiya 2:1

24. Danimarka-Uruqvay 6:1

25. SSRİ-Kanada 2:0

26. Macarıstan-Fransa 0:3

27. Cənubi Koreya-İtaliya 2:3

28. Argentina-Bolqarıstan 2:0

29. İraq-Meksika 0:1

30. Paraqvay-Belçika 2:2

31. İngiltərə-Polşa 3:0

32. Portuqaliya-Mərakeş 1:3

33. Şimali İrlandiya-Braziliya 0:3

34. Əlcəzair-İspaniya 0:3

35. Şotlandiya-Uruqvay 0:0

36. Danimarka-Qərbi Almaniya 2:0

37. Meksika-Bolqarıstan 2:0

38. SSRİ-Belçika 3:4 ə.v.

39. Braziliya-Polşa 4:0

40. Argentina-Uruqvay 1:0

41. İtaliya-Fransa 0:2

42. Mərakeş-Qərbi Almaniya 0:1

43. İngiltərə-Paraqvay 3:0

44. Danimarka-İspaniya 1:5

45. Braziliya-Fransa 1:1 p.3:4

46. Qərbi Almaniya-Meksika 0:0 p.4:1

47. Argentina-İngiltərə 2:1

48. İspaniya-Belçika 1:1 p.4:5

49. Fransa-Qərbi Almaniya 0:2

50. Argentina-Belçika 2:0

51. Fransa-Belçika 4:2 ə.v.

52. Argentina-Qərbi Almaniya 3:2

Natiq Muxtarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm