“Turan”ın keçmiş vitse-prezidentindən ilginc etiraflar
Bizi izləyin

İdman

“Turan”ın keçmiş vitse-prezidentindən ilginc etiraflar

“Turan”ın keçmiş vitse-prezidentindən ilginc etiraflar

Azərbaycan futbolunda mövhumatçılığın olması təzə xəbər deyil.

Bu haqda mətbuatda dəfələrlə yazılıb. Xüsusən də məşqçilər bu mərəzdən əzab çəkirlər. Ancaq əzablarını da əzabla gizlətməyə çalışırlar. Publika.az xəbər verir ki, “Turan”ın keçmiş vitse-prezidenti Nail Nurəddinoğlu sosial şəbəkədə yazdığı statusda keçmiş komandasında yaşanan mövhumatçı durumdan danışıb. Onun satutsunu olduğu kimi təqdim edirik:

“Udsaq, deyərik, bəxt güclulərin tərəfindədi, uduzsaq - Guttmanın lənəti...

Futbol aləmi qədər əlamətlərə inanan ikinci yer tanımıram. 4 ayrı millətdən 4 məşqçi ilə işləmişəm - gürcü Revaz Dzodzuaşvili, türk Naci Şensoy, tipik azərbaycanlı Əsgər Abdullayev, bir də çox güman ki, yadplanetli Asim İbrahimov - mövhumatdan, totemçilikdən, ritualdan beyin çatlayırdı. Rəqib qapıya sidik tökən, meydana sağ ayağıyla girən, asqırmağa qadağa qoyan, oyun günü yemək yeməyən, oyun gecəsi ağacın altında yatan kim, nə bilim, 40 dərəcə istidə dublyonka geyinən məşqçi görmüşəm. Bir dəfə oyundan sonra adını çəkmək istəmədiyim bir məşqçidən soruşdum ki, məllim, sən niyə 90 dəqiqə heykəl kimi yerindən tərpənmədin, niyə göstəriş zad vermirdin? Dedi, bunun "şot"una uduzmadıq, tərpənsəm, vuracaqdılar... Növbəti oyunda heykəl ritualının 30-cu dəqiqəsində 3 dənə qoymuşdular bizimkilərə... Məşqçiyə deyəndə, a kişi, belə şeylərə inanma, gördün alınmadı, qayıtdı ki, yox e, düz eləmədim, arada tərpəndim deyə, tutmadı...

Bir də Allahdan nəsə gözləyənlər var. Udanda deyirdilər, Allah duamı eşitdi, uduzanda - belə məsləhətdi. Dedim, ayə, məsləhət nədi, liqadan düşürük, qoymadım dua eləməyə, udduq... Komandanın yarısı ateist olacaqdı az qala...

Həm də Allah futbola qarışsaydı, ərəb komandaları bircə dəfə çempion olardı.

O klubda belə inanclarla bağlı bir şeyi dəqiqləşdirdim - komandan normal futbol oynamasa, istəyirsən, İsa zühur eləsin, xeyri yoxdu...

...Amma nə yalan deyim, bir dəfə uşaqlar falçı yanına getmişdilər, ağzımdan çıxanı dedim, nömrəsini aldım ki, falçını da yağlayım, baxdım qadındı, heç nə deyə bilmədim... 2 dəqiqə söhbət elədik, dedi, sən inanmırsan, amma bu oyunu 3:1 udacaqsız... Əlavə də elədi ki, birinci onlar vuracaq. Sizcə hesab necə oldu? Aha. 3:1 udduq. Birinci onlar vurmuşdu...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm