İtaliyalı ulduz Bakıya gəlir
Bizi izləyin

İdman

İtaliyalı ulduz Bakıya gəlir

İtaliyalı ulduz Bakıya gəlir

Mayın 19-da Bakıda keçiriləcək Beynəlxalq Futbol Könüllülüyü Forumunun qonaqlarından biri məlum olub.

Publika.Az xəbər verir ki, "Yuventus", "Milan", “Barselona” klublarında çıxış etmiş, İtaliya millisinin heyətində 2000-ci ildə Avropa çempionatında gümüş, 2006-cı ildə isə dünya çempionatının qızıl medalını qazanmış futbolçu Canluka Zambrotta mərasimə forumun səfiri kimi iştirak edəcək.

Forumda 8 ölkədən 9 beynəlxalq səviyyəli spiker çıxış edəcək. Spikerlərin mövzusu müxtəlif dövrlərdə keçirilmiş tədbir və layihələrdən qazanılmış təcrübələrdi. İştirakçı qismində azərbaycanlı könüllülərlə yanaşı forumda Polşa, Çin və Türkiyədən də könüllülər iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm